AroundMaps Logo
Search
Add Listing

About Baku Clinic

Xoşbəxt və sağlam yaşamaq hamımızın haqqıdır. Elə buna görə də sağlamlığımıza fikir verməliyik. Ən azı ildə bir dəfə ümumi müayinədən keçməyimiz vacibdir. Bu mənada, Avropa standartlarına uyğun, bütün ambulator xidmətlərin təqdim olunduğu Baku Clinic klinikası hər zaman sizə yüksək səviyyəli xidmət göstərməyə hazırdır. Azərbaycanın tibb aləminə yenilik gətirən və 1999-cu ilin may ayından ölkə sakinlərinin xidmətində duran bu tibb mərkəzi ən qabaqcıl ölkələrin tibbi avadanlıqları ilə təchiz olunmuşdur.Mərkəzdə yüksək səviyyəli peşəkar mütəxəssislər tərəfindən bütün növ xəstəliklərin müalicə və müayinəsi aparılır. Xalqın etibarını qazanmış Klinika əhaliyə geniş spektrda tibbi xidmət göstərir. Mərkəzin laboratoriyasında Azərbaycanda analoqu olmayan tam avtomatlaşdırılmış robot analizatorları ilə 300-dən artıq müxtəlif növ analizlər aparılır. Beləki, Baku Clinic laboratoriyasında insan müdaxiləsi olmadan mində bir dəqiqliklə 1 saat ərzində nəticə əldə etmək olur. Laborator analizlərlə yanaşı mərkəzdə digər diaqnostik xidmətlər də göstərilir.Bu xidmətlər sırasına maqnit rezonans tomoqrafiya (MRT), kompüter tomoqrafiya (KT), Rentgenoqrafiya, mamoqrafiya, ultrasəs müayinələri, endoskopik, kardioloji və s. müayinələr daxildir. Klinikamızda həmçinin kosmetoloji bölmə də yer almışdır. Azərbaycanda yalnız Baku Clinic-də olan diodlu lazer epilyasiya aparatı, əməliyyatsız və ağrısız arıqlama, dəri liftinqi, cavanlaşdırma aparatları və massaj vasitələri ilə həmişə gənc qalacaq, gözəl görünəcəksiniz. Gülərüz personalımız, eləcə də həkim-məsləhətçilərimiz Sizə düzgün istiqamət verəcək. Baku Clinic klinikası aparılan müayinələrin məxfiliyinə tam təminat verir.Klinika son dərəcə müasir, son dərəcə dəqiq və son dərəcə təkmilləşdirilmiş bir tibb mərkəzidir. Mərkəzdə dünyanın ən qabaqcıl firmalarının dünya standartlarına uyğun cihaz və reaktivləri istifadə olunmaqla və yüksək ixtisaslı mütəxəssislər cəlb edilməklə əhaliyə tam çeşiddə tibbi xidmət göstərilir.
Social Link - Facebook: https://www.facebook.com/diamedmedicalgroup.az
Social Link - Instagram: https://www.instagram.com/diamedmedicalgroup/
Social Link - Linkedin: http://www.linkedin.com/company/baku-clinic
Social Link - Youtube: https://www.youtube.com/channel/UCRXnq6zDYpibqkuQJSdaAdw
Employee Count: 9
Keywords: hospitals & health care

Tags

Map

Add Reviews & Rate item

Your rating for this listing :

Help Us to Improve :