AroundMaps Logo
Search
Add Listing

Respublika Diaqnostika Mərkəzi

0

About Respublika Diaqnostika Mərkəzi

RDM həqiqətən Bakıda yerləşən ən yaxşı çoxprofilli tibbi mərkəz və klinikalardan biridir. Həmçinin, bu klinika Bakının ən yaxşı özəl klinikalarından biri olub, yüksək səviyyədə təchiz edilmiş, ən müasir cihazlara malik laborator və diaqnostik mərkəzdir. RDM paytaxtın bütün sakinləri və qonaqlarına ən yüksək tələb və standartlara cavab verən tibb xidməti ilə təmin olunmasına imkan verir. Klinikamızın xəstələrinə lazım olan istənilən müayinə, analiz və ya prosedurları biz müstəqil şəkildə, digər tibb mərkəzləri və ya laboratoriyalara müraciət etmədən apara bilirik. Bu yolla biz həm də, xəstələrimizin vaxtına və maddi vəsaitinə qənaət etmiş oluruq. Uğurlu müalicə üçün isə zaman amili hədsiz dərəcədə əhəmiyyətlidir! Mütəxəssislərimizin geniş və rahat kabinetləri, öz stasionarımızın komfortlu palataları, poliklinika şöbəsi, ən müasir diaqnostik cihazlarla təchiz olunmuş radiologiya şöbəsi, ISO 15189 sertifikasiyasından keçmiş müasir laboratoriya, klinikanın ərazisinin mühafizə edilməsi və qapalı avtomobil dayanacağı klinikamızın hədsiz üstünlüklərindəndir. Lakin bizim tərəfimizdən göstərilən xidməti şəhərin əksər digər klinikaları üçün əlçatmaz edən ən əsas amil bizim mütəxəssislərimizdir!RDM-də ən yaxşı həkimlər çalışır! Tibbi personalımız istər Rusiyada, istərsə də, Avropa və ABŞ-da əldə edilmiş mükəmməl nəzəri biliklərə və ən zəngin praktik təcrübəyə malikdir. Həkimlərimizin hər biri öz sahəsinin həqiqi peşəkarıdır. RDM-in istisnasız bütün mütəxəssisləri öz ixtisasını daim, həmçinin xarici ölkələrdə artırır və bunun sayəsində dünya təbabətinin ən son nailiyyətlərini tətbiq edirlər.RDM 2016-cı və 2019-cu illərdə JCI (Joint Commission International) akkreditasiyasından keçərək xüsusi qızıl rəngli fərqləndirmə nişanı ilə təltif edilib.Biz Sizin seçiminizə hörmət edirik və bizim tibb mərkəzimizi seçdiyiniz üçün razı qalmağınız naminə əlimizdən gələni əsirgəməməyə səy göstəririk!
Social Link - Facebook: https://www.facebook.com/RDMAzerbaijan
Social Link - Instagram: https://www.instagram.com/rdm.baku/
Social Link - Linkedin: http://www.linkedin.com/company/rmdmbaku
Social Link - Youtube: https://www.youtube.com/channel/UCy5x8bcm1SahZuFmoFAX5TA
Employee Count: 26
Keywords: hospitals & health care

Tags

Map

Add Reviews & Rate item

Your rating for this listing :

Help Us to Improve :

Location / Contacts :