AroundMaps Logo
Search
Add Listing

Xaçmaz KOB İnkişaf Mərkəzi

0

About Xaçmaz KOB İnkişaf Mərkəzi

Bu layihə ENEMAY Audit and Tax MMC tərəfindən dövlət, özəl və ictimai sektor arasında əməkdaşlıq modelinə əsasən Xaçmaz KOB İnkişaf Mərkəzinin ümumi fəaliyyətinin birgə təşkili üzrə mərhələli şəkildə həyata keçiriləcək zəruri iş həcmini təsvir edir. Layihənin icra müddəti oktyabr 2019 – dekabr 2020-ci illəri əhatə edir və KOB İnkişaf Mərkəzində Agentliyin strateji məqsədlərindən irəli gələn performans göstəricilərinin reallaşdırılmasını hədəfləyir. Layihənin icra müddəti ərzində ümumilikdə 15 sahibkarlıq subyektinin effektiv fəaliyyətə başlaması hədəflənib. Layihəyə ümumi olaraq 100 KOB cəlb olunacaq və onlar üçün 150 gün təlim, 2000 saat konsultasiya xidmətləri təşkil olunacaq. Layihənin icrası zamanı icraçı qismində çıxış edən Universitas International şirkəti yerli biznes mühitində fəaliyyət göstərən, habelə göstərmək istəyən kiçik və orta sahibkarlıq subyektləri və fərdi şəxslərin ilkin seleksiyası, zəruri təlim, konsaltinq, texniki dəstək layihələrinə cəlb olunması, həmin sahibkarların fəaliyyəti zamanı beynəlxalq inkişaf modeli olan "Business coaching" və "Community Development" alətlərinin tətbiqi ilə onları müşahidə edir. İcraçı tərəfindən göstəriləcək xidmətlər zəruri sahələr üzrə beynəlxalq və yerli akkreditasiya keçmiş təlimçilər, müxtəlif sahələrdə "uğur modeli" nümayiş etdirmiş mütəxəssislərin cəlb olunması ilə həyata keçiriləcək. Tərtib ediləcək inkişaf proqramı aşağıdakı istiqamətləri əhatə edəcək: - Təlimlər – biznesin başlanması üçün zəruri istiqamətlərdə tətbiqi səriştələrin aşılanmasına yönəlmiş tədris proqramına əsasən həyata keçiriləcək.- Konsaltinq xidmətləri – həm biznesin inkişafı, həm də müxtəlif istiqamətlərdə sahibkarların fəaliyyəti zamanı təşkil olunacaq sessiyalar vasitəsilə həyata keçiriləcək.
Social Link - Linkedin: http://www.linkedin.com/company/xa%c3%a7maz-kob-i%cc%87nki%c5%9faf-m%c9%99rk%c9%99zi
Employee Count: 2
Keywords: government administration

Tags

Map

Add Reviews & Rate item

Your rating for this listing :

Help Us to Improve :

Location / Contacts :