AroundMaps Logo
Search
Add Listing

Reshid bey Efendiyevin ev muzeyi

0

About Reshid bey Efendiyevin ev muzeyi

Reshid bey Efendiyevin heyat ve yaradiciligi, eserleri haqqinda, shekiller, videolar ve s. melumatlar

Tags

Description

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 1991-ci il tarixli 51 saylı qərarına əsasən R.B.Əfəndiyevin ev muzeyi fəaliyyətə başlamışdır. Bina XVIII əsrin axırı, XIX əsrin əvvəllərində inşa edilmişdir. Bina 2 mərtəbədən ibarətdir. I mərtəbəsi yerli çay daşından, II mərtəbəsi isə qırmızı kərpicdən tikilmişdir. Hal-hazırda I mərtəbənin arxa hissəsi zirzəmi kimi istifadə olunur, qabaq hissəsi isə kitabxana kimi fəaliyyət göstərir.
II mərtəbə 5 otaqdan ibarətdir.
I otaqda R.B.Əfəndiyevin büstü, həyat və yaradıcılığı haqqında Azərbaycan və İngilis dilində qısa məlumat verilmiş, “Axundovla görüş” portreti, “Hacı Qara” rolunda olan rəsmi , elmi-pedoqoji fəaliyyətini əks etdirən fotoşəkillər, yazmış olduğu kitablar, dram əsərləri tərkibində onun haqqında yazılmış məqalələr, dissertasiya işləri, divardan asılmış Əfəndiyevlər şəcərəsi, ona məxsus cib dəftərçəsi, monokl, xırda pullar nümayiş etdirilir.
II otaqda ailəsinə məxsus məişət əşyaları nümayiş etdirilir. Rəfdə qədimi kasalar düzülmüşdür. I otaqla II otağın arasındakı divarda “divar sobası” yerləşir. Burada xəmir təknələri, mərdənə və oxlov, çörək bişirmək üçün od kürəsi, bürünc manqal, neftlə yanan maşınka, sərpuc, nehrə, 30-luq qədimi lampa, piti qabları, dobular, kürə, mis süzgəc, həsirdən toxunmuş yumaq qabı, taxtadan hazırlanmış kəfkirlər, qiyməkeş, gümüşdən qaşıqlar, çəngəllər, gülabdan və s. əşyalar saxlanılır.
III otaq iş otağı kimi nümayiş etdirilir: Otağın baş hissəsində buxarı, divarda yük yığmaq üçün taxçalar və bu taxçalarda radioqəbuledici, saat, qədimi güzgü var. Bir tərəfdə sandıq və yorğan- döşək yığmaq üçün yük yeri, xərrat işi ilə işlənmiş şkaf və tumbu, mücrülər, dairəvi telefon altlığı, ortada çəkməcəli yazı stolu və işləməli oturan 5 ədəd stullar, stolun üstündə R.B.Əfəndiyevin özünəməxsus mürəkkəbqabı və qələmi, basma, eynəyi, şahmatı və lampası var. Divarda kəfkirli saat, taclı güzgü, rəngli boya ilə işlənmiş iri portreti asılmışdır. Bir tərəfdə isə telefon və kitab rəfi vardır. Döşəməyə qədimi çilim salınıb.
IV otaq 5 pəncərəli iri qonaq otağı kimi istifadə olunur, Burada divarda R.B.Əfəndiyevin iri portreti, ona məxsus taxta oturacaq və məxmər örtük, iri məclis stolu və üstünün örtüyü, R.B.Əfəndiyevin şəxsi paltarları: kətandan tikilmiş köynək və şalvar, fəs, əsa nümayiş olunur. Otağın baş tərəfində R.B.Əfəndiyevin böyük oğlu, ilk riyaziyyatçı alim Məmməd Əfəndiyevin fotoşəkili asılmışdır. Məclis stolunun üstündə ona məxsus fəxri fərmanlar, şəkil albomu var.
Otağın bir tərəfində Şəki Dövlət Dram Teatrında tamaşaya qoyulan R.B.Əfəndiyevin “Qonşu qonşu olsa, kor qız ərə gedər” əsərindən çəkilmiş foto şəkillər nümayiş olunur.
Otağın digər tərəfində isə divarda R.B.Əfəndiyevin anası və yaxın qohumunun foto şəkili, qızı Naimə xanımın ata və anasının qəbri üstündə olan foto şəkili asılmşdır.
V otaq şüşəbənddir və hal-hazırda muzey işçiləri üçün iş otağı kimi istifadə olunur.

Map

Add Reviews & Rate item

Your rating for this listing :

Help Us to Improve :

Working Hours :

  • Monday 09:00 - 18:00
  • Tuesday 09:00 - 18:00
  • Wednesday 09:00 - 18:00
  • Thursday 09:00 - 18:00
  • Friday 09:00 - 18:00
  • Saturday 09:00 - 18:00
  • Sunday 09:00 - 18:00

Location / Contacts :