AroundMaps Logo
Search
Add Listing

About Science City Yaşayış Kompleksi

"Science City" Yaşayış Kompleksi Abşeron rayonu, Saray qəsəbəsində 7 hektar ərazidə inşa edilir və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən həyata keçirilən sosial layihədir.Elm və təhsil sahəsində fəaliyyət göstərən əməkdaşlar üçün nəzərdə tutulmuş kompleks Masazır gölünün yaxınlığında, Bakı şəhərindən 15km, Sumqayıt şəhərindən 3km məsafədə ekoloji təmiz havası olan ərazidə yerləşir. Kompleks ərazisində və ətrafında parkların salınması nəzərdə tutulmuşdur. İnşa edilən binalar 12, 16 mərtəbədən və 1, 2, 3 otaqlı mənzillərdən ibarətdir. Kompleks "Smart City" standartlarına cavab verir. Həmçinin binalar səssiz və sürətli fəaliyyət göstərən liftlər, rəqəmsal ATS, kabel televiziyası, sürətli internet və yeraltı qarajla təmin olunub. İnşa edilən "Alimlər Şəhəri" olan "Science City" Yaşayış Kompleksində mənzil sahibi olmaq üçün elm və təhsil işçilərinə nağd alış zamanı mənzillərin qiymətini 1kv/m – 430 AZN olaraq təklif edilir. Həmçinin kreditlə alış mümkündür. Bu zaman, mənzillərin qiyməti 1kv/m – 470 AZN təşkil edir. Kreditlə alış zamanı ilkin ödəniş 10% olduqda 24 aylıq, 20% olduqda 30 aylıq, 30% olduqda isə 36 aylıq faizsiz ödəniş xidmətləri təklif edilir. Əlavə məlumat üçün satış ofisimizə yaxınlaşa və ya bizimlə əlaqə saxlaya bilərsiniz. Ünvan: Bakı ş. Hüseyn Cavid pr. 115 (AMEA Əsas Bina; 101 nömrəli otaq)Telefon: (012) 409-03-94 / (050) 207-36-16.
Social Link - Linkedin: http://www.linkedin.com/company/ameasciencecity
Keywords: real estate

Tags

Map

Add Reviews & Rate item

Your rating for this listing :

Help Us to Improve :

Location / Contacts :