AroundMaps Logo
Search
Add Listing

Azərbaycan Memarlıq və İnşaat Universiteti

0

About Azərbaycan Memarlıq və İnşaat Universiteti

Səhifəmizin əsas məqsədi tələbə və məzunlarımıza beynəlxalq aləmdə təhsil və iş karyeralarında köməklik göstərməkdir.

Tags

Description

Azərbaycan Memarlıq və İnşaat Universiteti Bakı şəhərində yerləşir. Tədris azərbaycan, rus və ingilis dillərində aparılır. Əsası 1975-ci ildə qoyulmuş univesitetin ümumi sahəsi 49000m2 olan 5 tədris korpusu, tələbə şəhərciyi vardır. Şəhərcikdə xarici tələbələr üçün 9 mərtəbəli 1 yataqxana korpusu və kommersiya əsasında fəaliyyət göstərən "Damla" korpusu yerləşir. Universitetin nəzdində İnşaat Kolleci və texniki təmayüllü Lisey fəaliyyət göstərir.

Azərbaycan Memarlıq və İnşaat Universiteti 1920-ci ildə Bakı Dövlət Universitetinin tərkibində "İnşaat" fakültəsi, 1930-34-cü illərdə sərbəst İnşaat İnstitutu, 1934-cü ildən Azərbaycan Sənaye İnstitutunun tərkibində "İnşaat" fakültəsi kimi fəaliyyət göstərmişdir. 1951-ci ildə Azərbaycan Politexnik İnstitutunun yaranması ilə əlaqədar "İnşaat" fakültəsi oraya köçürülmüşdür. 1975-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılmışdır. 1992-ci ildən İnstitut Universitet statusu almışdır. 2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılmışdır.

Map

Add Reviews & Rate item

Your rating for this listing :

Help Us to Improve :

Location / Contacts :

Nearby Places :