AroundMaps Logo
Search
Add Listing

Azərbaycan Milli İncəsənət Muzeyi - Azerbaijan National Museum of Art

0

About Azərbaycan Milli İncəsənət Muzeyi - Azerbaijan National Museum of Art

http://azerbaijan360.az/what-to-see/museums/az-rbaycan-milli-inc-s-n-t-muzeyi-1/

Tags

Description

Azərbaycan Milli İncəsənət Muzeyi qədim zamanlardan müasir dövrə qədər yaradılmış təsviri və dekorativ-tətbiqi sənət əsərlərinin mühafizə edildiyi zəngin xəzinədir. Muzey hələ 1924-cü ildə Azərbaycan Dövlət Muzeyinin nəzdində incəsənət şöbəsi şəklində yaradılmışdır. 1936-cı ildən etibarən isə muzey müstəqil statusda fəaliyyətə başlamışdır.
Təsviri incəsənətin bütün növlərini tam dolğunluğu ilə əks etdirən muzeydə Azərbaycan, Qərbi Avropa, Rus incəsənəti nümayiş olunur.
Azərbaycan Milli İncəsənət Muzeyi XIX əsrin sonlarında inşa olunan iki tarixi binada, onları vahid kompleks halında birləşdirən və beynəlxalq standartlara cavab verən korpusda fəaliyyət göstərir. Muzeydə mütəmadi olaraq dövlət və beynəlxalq əhəmiyyətli sərgilər keçirir.
Muzeyin kolleksiyasında 17000-dən artıq eksponat qorunur.
Muzeyin ekspozisiyası ölkələr üzrə tarixi xronoloji ardıcıllıqla qurulmuşdur.
Avropa incəsənəti bölməsində tamaşaçılar XVI-XVIII əsr italyan rəssam və keramistlərinin, flamand və holland rəssamlarının, o cümlədən XVI-XIX əsr alman və fransız boyakar və qravürlərinin əsərlərinə tamaşa edə bilərlər.
Ekspozisiyanın Rus bölməsində XVII əsrin sonu XX əsrin əvvəli Rus boyakarlıq məktəbinin tanınmış nümayəndələrinin tabloları nümayiş etdirilir. Onların arasında V. L. Borovikovski, V.A.Tropinin, Makovski qardaşları, İ. K. Ayvazovski, A. İ.Kuinci, V. V. Vereşagin və digər tanınmış rəssamların əsərləri sərgilənir.
Azərbaycan incəsənəti bölməsi tamaşaçıları öz qaynaqlarını qədim dövrlərdən almış tətbiqi və təsviri sənət inciləri ilə tanış edir. Bu sənət nümunələri e. ə VI-IV minilliklərdən başlayaraq XXI əsrə qədər olan dövrü əhatə edir. Muzeydə arxeoloji qazıntılar zamanı tapılmış dulusçuluq mənuatları, orta əsrlərə aid bədii metal nümunələri, qədim xalça və xalçaçılıq məmulatları, miniatür və əlyazma kitabları, milli geyimlər və zərgərlik nümunələri nümayiş etdirilir. Eyni zamanda ekspozisiyada XX əsr Azərbaycanın görkəmli rəssamlarının boyakarlıq və qrafik əsərləri sərgiləni. Bu əsərlər sırasına tanınmış fırça ustaları M.Q.İrəvani, M.M.Nəvvab, A.Hüseyni, B.Kəngərli, Ə. Əzimzadə, S.Bəhlulzadə, M.Abdullayev,T.Nərimanbəyov, Ö.Eldarov və digər rəssamların sənət əsərləri daxildir.

Kassa muzeyin qapanmasından bir saat öncə bağlanır.
Muzeyə giriş biletinin qiymətləri:
Xarici ölkə vətəndaşları üçün:
- Muzeyə baxış – 10 AZN
- Ekskursiya xidməti (bir qrup üçün) – 8 AZN

- Yerli vətəndaşlar üçün muzeyə baxış – 5 AZN
- Tələbələr üçün muzeyə baxış – 2 AZN
- Məktəblilər üçün muzeyə baxış – 1 AZN

Ekskursiya xidməti:
- Yerli vətəndaşlar üçün (bir qrup - 25 nəfərdən çox olmayaraq) – 8 AZN
- Tələbələr üçün (bir qrup - 25 nəfərdən çox olmayaraq) – 3 AZN
- Məktəblilər üçün (bir qrup - 25 nəfərdən çox olmayaraq) – 3 AZN
Foto çəkilişi (fləşsiz) – 5 AZN

Müdiriyyət
Direktor - prof. Çingiz Fərzəliyev
Ümumi işlər üzrə direktor müavini - Sədrəddin Sadıqov
İqtisadi məsələlər üzrə direktor müavini - Marina Aslanov
Elmi işlər üzrə direktor müavini -Xədicə Əsədova
Elmi katib - Xədicə İbrahimova

Muzeyin şöbələri
Fond şöbəsi - Nailə Rəhimova
Ekspozisiya şöbəsi - Təranə İsgəmdərova
Elmi-kütləvi işlər şöbəsi - Rəfiqə Quliyeva
Elmi araşdırmalar şöbəsi - Toğrul Əfəndiyev
İnnovasiya şöbəsi - Səbinə Ağamirova
Sərgi və tərtibat şöbəsi - Araz Osmanov
Elmi bərpa şöbəsi - Natiq Səfərov

The Azerbaijani National Museum of Art is the treasury of works of arts, from the earliest ages to present days. Here are presented the works of Western European, Russian and Azerbaijani artists.
The Museum was created in 1924 on the basis of the Art Department of Azerbaijani State Museum, but received the independent museum status from 1936. The museum occupies two buildings of 19th century, which are connected into a single complex, according to international standards.
The museum regularly holds exhibitions of national and international importance.
The Museum collection consists of over 17,000 exhibits, part of which is placed in the exposition built in historical chronology by country.
In the European halls, visitors can see works of Italian artists and ceramists of 16-18 centuries, see paintings of Flemish and Dutch artists and see works of German and French painters of 16-19.
The Russian section has works of famous members of Russian art school of end of 17th – beginning of 20th century, among which are L.Borovikovskiy, V.A.Tropinin, brothers Makovskiy, I.K. Ayvazovski, A.İ.Kuinji, V.V Vereshagin, etc.
The Azerbaijani part familiarizes the guests with ancient art of our country starting with 4-3 centuries BC. Here are presented the beautiful samples of ancient and middle age ceramics and items of metal of high art; ancient carpets and rugs; miniatures and handwritten books, national dresses and jewelry.
In the section of 20th century, there are works of arts of Azerbaijani artists who are well known in the Republic as well as outside it, there are S.Bakhlulzade, M.Abdullayev, T. Salahov, T.Narimanbekov, R.Babayev, O.Eldarov, L.Kerimov, K.Aliyev.
Ticket windows shut one hour before the museum closes.

Administration
Director – prof. Chingiz Pharzaliyev
Deputy Director for General Affairs - Sadraddin Sadigov
Deputy Director for Economic Affairs - Marina Aslanova
Deputy Director on Scientific Works - Khadija Asadova
Scientific secretary - Khadija İbrahimova

Museum departments
The department of fund - Naila Rahimova
The department of exposition - Tarana Isgenderova
The scientific mass department - Rafiga Guliyeva
The department of scientific research – Togrul Efendiyev
The department of innovation – Sabina Aghamirova
The department of exhibition - Araz Osmanov
The department of scientific restoration and conservation - Natig Safarov

Museum admission price:
For foreign citizens:
- Admission price - 10 AZN
- Guided tour (for one group) - 8 AZN
- Local citizens - 5 AZN
- Students - 2 AZN
- Pupils - 1 AZN
Guided tour price:
- For local citizens (one group - no more than 25 persons) - 8 AZN
- For students (one group - no more than 25 persons) - 3 AZN
- For school (one group - no more than 25 persons) - 3 AZN
- Photography (without a flash) - 5 AZN

Map

Add Reviews & Rate item

Your rating for this listing :

Help Us to Improve :

Location / Contacts :

Nearby Places :