AroundMaps Logo
Search
Add Listing

About C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası

Kitabxananın iş vaxtları : I-VI günlər 9.00-dan 18.00-dək

Tags

Map

Item Reviews - 7

Anynomous

"

TARİXDƏ BU GÜN - 19 FEVRAL

1958-ci il 23 mayYusif Mirzəyev Babək rayonunun Böyükdüz kəndində anadan olmuşdur. 1993 — Azərbaycanın Milli Qəhrəmanı Vəzir isa oğlu Sədiyev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 1921 — Görkəmli Azərbaycan tarzəni, Əməkdar artist Məmmədağa Muradov Bakıda anadan olmuşdur.

"

18 February 2023

Anynomous

"

TARİXDƏ BU GÜN -18 FEVRAL

2009 — "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirləri təntənəli mərasimlə açılıb. 1928 — Azərbaycan aktyoru, Azərbaycanın Əməkdar artisti , Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru olmuş Əzizağa Qasım oğlu Qasımov 56 yaşında Bakıda vəfat etmişdir. 2016 — Dilçilik elimləri doktoru, professor Zahid Quliyev 79 yaşında Bakıda vəfat etmişdir.... 1931 — Görkəmli Azərbaycan şairi, dramaturq.şair, dramaturq, Heydər Əliyev mükafatı laureatı, "Şərəf" ordenli Nəriman Həsənzadə Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. 1924— Əməkdar artist, görkəmli aktyor Osman İsmayıl oğlu Hacıbəyov Şuşa şəhərində ziyalı ailəsində anadan olub.

See More "

17 February 2023

Anynomous

"

Fəxrəddin İbrahim oğlu Şahbazov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi haqqında

"

16 February 2023

Anynomous

"

Beynəlxalq kitab bağışlama günü”

12 fevral 2020-ci il tarixdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Beynəlxalq kitab bağışlama günü” münasibətilə Yasamal rayonunda yerləşən Mərkəzi parkda “Hər kəs bir kitab oxusun” adlı sakinlərlə görüş keçirmişdir. Kitabxana əməkdaşları sakinlərlə görüşərək, “Beynəlxalq kitab bağışlama günü” haqda ətraflı məlumat vermiş, bu günün tarixinə nəzər salmışlar. Kitabxananın Oxu zalı şöbəsinin müdiri Xəyalə Məmmədova “Beynəlxalq kita...b bağışlama günü”nün 2012-ci ildə ABŞ-da tanınmış uşaq kitab saytı -“Delightful Children’s”in yaradıcısı Emmi Brodmurun təşəbbüsü ilə irəli sürüldüyünü və o gündən 14 fevral tarixinin Beynəlxalq kitab bağışlama günü kimi qeyd olunduğunu bildirmişdir. Kitabxananın İnformasiya resursları üzrə böyük mütəxəssis Nağıyeva Ülkər sakinlərə kitabxananın fəaliyyəti, fondu haqqında geniş məlumat vermiş, sakinlərin suallarını cavablandırmışdır. Görüş zamanı kitabxananın əməkdaşları sakinlərə “Azərbaycan tarixinə nəzər” diskləri və Rus dilində xarici ədəbiyyat nümunələri hədiyyə etmişlər.

See More "

12 February 2023

Anynomous

"

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Qəhrəmanlığı

qanımızla yazdıq” adlı dəyirmi masa

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Azərbaycanın milli qüruru,- milli qəhrəmanlar” adlı silsilə tədbirlər planı hazırlanmışdır. 24 yanvar 2020-ci il tarixdə tədbirlərin icrası ilə əlaqədar “Qəhrəmanlığı qanımızla yazdıq” adlı dəyirmi masa keçirildi.

...

Tədbir Azərbaycanın suverenliyi uğrunda həlak olanların əbədi xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva 1988-ci ildən Ermənistanın haqsız olaraq Azərbaycanın tarixi torpaqlarını ərazi iddiaları ilə zəbt etməsi, bu müharibənin nəticəsi kimi minlərlə insan qanı axıdılması haqqında çıxış etdi.

Jurnalist Ruhəngiz Abbasova Laçın rayonunun şəhidləri, milli qəhrəmanları haqqında geniş məlumat verdi.

Kitabxananın əməkdaşı Rəvanə Məlikova Bəxtiyar Vahabzadənin “Şəhidlər” şerini söylədi.

Şöbə müdiri Tamella Məmmədova 2016-cı ildən seriya şəklində vətənpərvərlik ədəbiyyatının gənclər arasında təbliği məqsədilə buraxılan, milli qəhrəmanlara həsr olunan vəsaitlər barədə məruzə etdi. Həmçinin, dörd milli qəhrəman,-Mehdi Abbasov, Naiq Yusifov, Şamoy Çobanov, Fəxrəddin Şahbazovun döyüş yolları haqqında məlumat verdi.

Şöbə müdiri Jeganə Qarayeva gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə nümunə olan 215 nəfər Azərbaycanın Milli Qəhrəmanlarının şərəfli döyüş yolları, göstərdikləri igidliklər haqqında ətraflı məlumat məqsədi ilə Elektron Məlumat Bazası yaradılacağını bildirdi.

Azərbaycanın milli qəhrəmanları Mehdi Abbasov, Naiq Yusifov, Şamoy Çobanov, Fəxrəddin Şahbazova həsr olunmuş video-slaydın nümayişindən sonra “Milli qəhrəmanlar” adlı kitab sərgisinə baxış keçirildi.

See More "

23 January 2023

Anynomous

"

Amalımız həmrəylikdir” 31 dekabr Dünya Azərbycanlılarının Həmrəyliyi günü münasibəti ilə konfrans

27-28 dekabr 2019-cu il tarixlərdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 31 dekabr Dünya Azərbycanlılarının Həmrəyliyi günü münasibəti ilə “Amalımız həmrəylikdir” adlı konfrans keçirildi.

İki gün davam edən konfrans ümummilli lider Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözlərinin səsləndirilməsindən sonra başladı.

...

Kitabxananın direktoru Oruc Quliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün əsasının 1989-cu il dekabrın sonlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) açılması zamanı qoyulması, elmi işlər üzrə direktor müavini Xalidə Musayeva 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan etməsi mövzusunda çıxışlar etdilər.

Azərbaycan-Amerika Qadın Cəmiyyətinin rəhbəri Münəvvər Vahabova xaricdə yaşayan azərbaycanlıların həmrəyliyə daha çox ehtiyacı olması və diasporanın fəaliyyəti mövzusunda məruzə etdi.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev siyasi mühacirlərin formalaşması, diasporaya Heydər Əliyev fondunun dəstəyi mövzusunda çıxış etdi.

Bakı İslam Universitetinin kafedra müdiri, “Elin səsi” Milli Mənəvi Dəyərlərimizin Qorunması ictimai birliyinin sədri, Beynəlxalq Təhsil Akademiyasının müxbir üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski, ictimai birliyin sədr müavini Qorxmaz Paşayev, “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” ictimai birliyinin sədri İradə Əlili, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşları Samirə Cəlilova, Kəmalə Şahverdiyeva, Rəfiqə Nəsirova, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbə gənclər təşkilatının rəhbəri Vurğun Cəfərov, təçkilatın üzvləri Səyyad Mənsimov, Mirağalar Bayramov Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilməsi, azərbaycanlıların milli-mənəvi dəyərlərinə hörmət, azərbaycançılığı hər zaman qorumağın zəruriliyi mövzularında çıxışlar etdilər.

Konfransın sonunda “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” adlı foto-stendə baxış keçirildi.

See More "

28 December 2023

Anynomous

"

“Əbədiyyəti qazanan dahi” adlı anım günü

12 dekabr 2019-cu il tarixdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ümummilli lider Heydər Əliyevin vəfatının 16 illiyi münasibəti ilə “Əbədiyyəti qazanan dahi” adlı anım günü keçirildi.

Tədbir öncəsi dünya şöhrətli ümummilli lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın Fəxri Xiyabandakı məzarları ziyarət edildi, gül dəstələri qoyuldu.

...

Anım günü dahi rəhbərin əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” sözlərinin səsləndirilməsindən sonra başladı.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva ümummilli lider Heydər Əliyevin nəsillərə örnək olan layiqli həyat yolu, Azərbaycanın rifahı, dünya miqyasında tanınmasında əvəzsiz xidmətləri haqqında geniş məlumat verdi.

Tarixçi, jurnalist Ruhəngiz Abbasova “Ümummilli lider Heydər Əliyevin mədəniyyətimizin inkişafında yüksək rolu” mövzusunda məruzə etdi.

Kitabxananın əməkdaşları Fəridə Cəfərova, Ülkər Nağıyeva, Sevda Rəhimovanın dahi rəhbərin Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsində, müstəqilliyinin əbədi, dönməz xarakter almasında, beynəlxalq nüfuzunun artmasında əvəzsiz xidmətləri mövzularında çıxışlarından sonra Tamella Məmmədova əbədiyaşar ümummilli liderin həyatı, Azərbaycanın daxili və xarici ictimai-siyasi fəaliyyətinə həsr olunmuş ədəbiyyatların elektron siyahısını təqdim etdi.

“Heydər Əliyev-fenomen” adlı video çarx tədbir boyu iştirakçılara nümayiş olundu.

See More "

12 December 2023

Add Reviews & Rate item

Your rating for this listing :

Help Us to Improve :

Working Hours :

  • Monday 09:00 - 18:00
  • Tuesday 09:00 - 18:00
  • Wednesday 09:00 - 18:00
  • Thursday 09:00 - 18:00
  • Friday 09:00 - 18:00
  • Saturday 09:00 - 18:00
  • Sunday -